Təhmasib Novruzov: “Emin Millinin haqq yoluna qayıtması Əli Kərimlini ciddi narahat edib” RƏY-ÖZƏL

“Əli Kərimli özünü siyasi müxalifət, hətta ana müxalifət hesab edir”. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, onun siyasətinin də ana xətti indiki hakimiyyətdən narazı qüvvələrdən istifadə edib, tərəfdaşlarının sayını artırmaqdan ibarətdir: “Əlbəttə, normal, sivil cəmiyyətlərdə bu, normal hal hesab edilə bilər. Ancaq Əli kimilərin özlərinə yalnız bu yolla tərəfdar toplamaq istəkləri gülünc görünür. Yəni heç bir proqramı, konsepsiyası olmayan, insanları proqramına inandıra bilməyən, onun ətrafında cəmiyyətin müəyyən təbəqələrini birləşdirə bilməyən bir siyasi qüvvənin yeganə çıxış yolu məhz hakimiyyətdən hansısa səbəblə narazı qalan insanları ətrafına cəlb etmək, onların şəxsi intiqam hissindən yararlanmaqdan ibarətdir. Bu baxımdan Emin Milli kimi birinin dünənə kimi yanlışlıqla şər-böhtan komandasında olması, birdən-birə haqqı dərk edib yoluna qayıtmaq istəyi, təbii ki, Ə. Kərimlini ciddi narahat etməlidir. Təsəvvür edin ki, Eminin ardınca digər fiqurlar da yoluna qayıdıb, dövlət və dövlətçilik maraqlarına zidd addımlardan imtina etdi. O zaman Əli kimilər meydanda tamamilə tək qalır və çığır-bağırlarını da ancaq özləri eşidir. Bax bu sindromdan narahat olduğuna görə Ə.Kərimli Emin Millini tənqid atəşinə tutur ki, bu yolda onunla birlikdə olan digərlərinə “dərs” olsun. Arzu edərdik ki, nəhayət, Ə.Kərimli özü haqqın yoluna dönmək, anti-hakimiyyət deyil, anti-dövlət, anti-Azərbaycan fəaliyyətinə son qoyub, normal siyasi mübarizə üsullarını öyrənmək haqqında düşünəydi. Zənnimcə o zaman Əlinin az-çox hörməti olar, nəinki indiki siyasi dəllallığını davam etdirməklə”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə