Nikol Paşinyan blokadanı yığışdırmağı xahiş edib

“Xahiş edirəm saat 13:30 radələrindən blokadanı yığışdırın". SİA Ermənistana məxsus aysor.am saytında dərc olunan informasiyaya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsinin canlı efiri vasitəsilə respublikanın vətəndaşlarına müraciətində deyib.

O, sabahdan etibarən vətəndaşları respublikanın məhkəmə binalarının giriş və çıxışlarını açmağa çağırıb.
“Xahiş edirəm saat 13:30 radələrindən bütün məhkəmələr qarşısındakı blokadaları yığışdırın. Bugünkü aksiya öz məqsədinə çatıb. Artıq Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlanıb və indidən etibarən geriyə yol yoxdur”-deyə Nikol Paşinyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə