"Söyüş müxalifətinin formalaşmasında Əli Kərimlinin rolu böyükdür" ÖZƏL-MÜNASİBƏT

"Əli Kərimlinin siyasi etikadan kənar hərəkətlərini biz zaman-zaman görmüşük və bu adam artıq bütün sərhədləri, yazılmış və yazılmamış qanunları pozaraq özünü siyasi reket kimi aparır. İllərlə müxalifətdə qalaraq bu uğursuzluğunu şəxsi keyfiyyətlərində, apardığı mübarizə üsulunun səhv olmasında, mübarizə apardığı siyasi rəqibi ilə potensialının müqayisə edilə bilməməsində və ən əsası sosial elektoratının olmamasında deyil, kənarda axtaran bu adam artıq aqressivliyinin də sərhəddini aşmaqdadır. Daha çox onun aqressivliyi şizofren xəstələrə xas formada əlamətlərlə özünü biruzə verir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, bu adam cəmiyyətdəki rəngarəngliyi görə bilmir, hər şeyi sanki yalnız qara rəngdə görməyə vərdiş edibmiş kimi davranır: "Onun düşüncəsində xaos vəziyyətində olan, yalnız neqativlərdən ibrarət bir Azərbaycan cəmiyyəti mövcuddur. Reallıqla düşüncəsindəki fərqi həzm edə bilməyərək qeyd etdiyim kimi şizofren xəstələrə xas əlamətlərini ortaya qoyur. Əli Kərimli sanki özünü müxalifətin arasında da xüsusi imtiyazlı adam, “razborşik” kimi aparır. Müxalifətdəki hər hansı bir opponenti hansısa sağlam bir düşüncə ortaya qoyan kimi Əli Kərimli dərhal trollarını həmin şəxsə qarşı səfərbər edir, sosial şəbəkələrdəki saxta profillərindən təhqir, söyüş və alçaldıcı ifadələrlə həmin şəxsə hücuma keçirlər. Konkret son günlərdə Emin Millinin məlum mövqe nümayiş etdirməsinin fonunda Əli Kərimlinin münasibətinə diqqət yetirsək bunu görə bilərik. Bu manyaklığın səbəbi adamın özünü reallaşdırmaq imkanlarının sıfra bərabər olmasında və reallıqla barışmaq istəməsindədır. Digər tərəfdən axı həm də onları dəstəkləyən xarici qüvvələrə öz vacibliyini, barışmazlığını da göstərmək lazımdır. Yoxsa onlara verilən pullar, böyük ianələr kəsilə bilər.

Məlumdur ki, xaricdəki söyüş müxalifətinin formalaşmasında da Əli Kərimlinin böyük rolu var. Bu adamların çoxu vaxtilə Əli Kərimlinin pulla satdığı saxta arayışlarla siyasi mühacirət hüququ qazananlardır. Göründüyü kimi Əli Kərimli siyasi məqsədlərinə nail olmaq üçün bütün iyrənc metodlardan istifadə etməyə, təkcə iqtidardakı qüvvələrə qarşı deyil, onun yanında olmayan digər müxalif fikirli insanlara münasibətdə də bolşevikcəsinə münasibətini sərgiləməkdədir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə