"Əli Kərimli tərəfdarlarının azalmasından qorxuya düşüb" AÇIQLAMA-ÖZƏL

"Görünür Əli Kərimli onun tutduğu yanlış yolla gedənlərin sayının Azərbaycanda getdikcə azaldığından narahat olmağa başlayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Əli Kərimli mühacirlərin xaricdən ölkəmizə qayıdıb gəlməsi, tənqidçilərin sayının daha da azalması və tək qalmasından qorxur: “Əli Kərimliyə sual vermək lazımdır ki, Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın hansı birinin ölkəmizə qayıtmaq istəyinə qadağa qoyulub? Belə bir hal təbii ki olmayıb. Ölkəmiz bütün vətəndaşlarının üzünə açıqdır. Onlar bizim vətəndaşlarımızdır və kim istəsə Vətəninə gələ bilər. Görəsən Əli Kərimli islah olunmuş mühacir deyəndə kimi nəzərdə tutur? Təsadüfən Emin Millini demir ki?”.

Deputat söyləyib ki, Azərbaycan qanunlarına hörmətlə yanaşan, uyğun yaşayan vətəndaşlarımız üçün ölkəmiz doğma Vətəndir: “Kimsə xaricdə etdiyi, törətdiyi cinayət tərkibli əməllərinə, danışıdığı sözlərə görə ehtiyat edib geri dönmürsə demək həmin şəxs bilir ki, Azərbaycana gələn kimi qanun qarşısında cavab verməli olacaq”.

E.Məmmədov qeyd edib ki, Əli Kərimli Azərbaycanda yaşayaraq bütün humanist qanunlardan eninə, boluna istifadə edir: “Amma bütün bunlara baxmayaraq, o, şər böhtan xarakterli addımlarından əl çəkmir. Siyasi etikanın bütün sədlərini aşan Əli Kərimlinin ətrafında onun kimi düşünən heç kim qalmayıb. Artıq illərdir ki qeyri-qanunu fəaliyyəti ətrafdakılarının ondan uzaqlaşmasına səbəb olub. AXCP funskionerləri onun tərəfindən haqsızlıqları görərək pərəm-pərəm düşür, Əli Kərimdən haqlı şəkildə kənarlaşırlar. Bu da müxalifət düşərgəsinin daxilində çaxnaşmanın olduğunu göstərir. Bütün bunlar Əli Kərimlinin yarıtmaz, qeyri-qanuni fəaliyyəti nəticəsində olub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...