“Azərbaycanın iqtisadi inkişaf tempi yüksəlir” Əli Əhmədov

“Azərbaycanın iqtisadi inkişaf templəri yüksəlir”. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsidir.

Baş nazirin müavini vurğulayıb ki, qeyri-neft sektoru daha yüksək tepmlə inkişaf edir, Azərbaycandan məhsulların, xüsusuilə sənaye məhsullarımın ixracı artır: “Əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən adımlar atılıb. Minimum əmək haqları, minimum pensiyalar əhəmiyyətli dərəcədə artıb. İnsanların həyat səviyyəsinin yaxşılaşması istiqamətində ciddi addımlar atılıb. Bütövlükdə artırılan əmək haqları, pensiyalar, müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib. Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb. Bu son artımlar deyil, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiyalar və müavinətlər də artırılacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə