"Aparılan iqtisadi islahatlar uğurlu nəticələrini göstərməkdədir” ÖZƏL-MÜNASİBƏT

“Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı istiqamətində aparılan iqtisadi islahatlar öz uğurlu nəticələrini göstərməkdədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan sahibkarlıq subyektlərinin qeydiyyatdan keçirilməsi, prosedurların minimuma endirilməsi və bir pəncərə vasitəsilə və ya online qaydada hesabatlılığını təşkil etmiş az ölkələrdəndir: “Sahibkar-məmur əlaqələri minimuma endirilmiş, hər bir sahibkara 24 saat real vaxt müddətində istənilən yerdən öz biznesini idarə etmək imkanları yaradılmışdır. Özəl strukturları üçün bu rahatlıq və əlçatanlığı Dünya Bankının açıqladığı “Doing Business” hesabatında da öz əksini tapmışdır. Hesabatda Azərbaycan 190 ölkə arasında reytinqə görə 25-ci yerdə sıralanıb. Bu çox yaxşı göstəricidir. Amma düşünürəm ki, ilin sonuna qədər bir az da irəliləmək imkanlarımız var və buna nail ola bilərik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...