"Prezidentin Brüssel səfəri uğurları ilə yadda qaldı" AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş sərbəst siyasəti dünya siyasətçiləri arasında böyük nüfuz qazanıb. Ölkə rəhbəri səfər etdiyi ölkələrdə daim hörmətlə qarşılanır, aparılan danışıqlar səmərəli olur. Prezidentin son Brüssel səfəri də uğurlu səfər kimi yadda qaldı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə görüşü və onun iştirakı ilə "tərəfdaşlıq prioritetləri" sənədlərinin qəbul edilməsi ölkəmizdə Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi yeni imkanlar açacaq.

Deputat söyləyib ki, qəbul olunan bu sənəd ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək nümayiş etdirdi: "Prezident Brüsseldə olarkən ölkəmizin səfirliyinin yeni binasının açılışında iştirak etdi. Nəzərə alsaqki ölkəmiz Avropanin enerji təhlükəsizliyinə töhfə verir. Ölkəmizə investisiya yatıran ölkələr arasında daxil olan ölkələrin payı daha çoxdur. İkitərəfli qarşılıqlı münasibətlər inkişaf etməkdədir. Ölke rəhbəri tərəfindən həyata keçirilən uğurlu siyasətin mərkəzində ölkəmizin mənafeyi durur. Bütün görüşlərdə bu prinsip qorunur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...