"Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir" ÖZƏL-RƏY

"Ümumiyyətlə Dünya Bankının "Doing Business” hesabatlarında Azərbaycan əgər 2003-cü ildə 57-ci pillədə qərarlaşırdısa, 2019-cu ilin əvvəlində isə 25-ci yerə layiq görülüb. Eyni zamanda dünyanın ən çox islahat aparan 10 ölkələrindən biri seçilib. Bu ilk növbədə, möhtərəm cənab Prezidentimizin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir. Həmçinin bu, Azərbaycanda biznes mühütünün yaradılmasından, inkişaf etdirilməsindən, bir sözlə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsindən ibarətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

"Biz bilirik ki, elə 2004-cü ildən başlayaraq təkcə ölkədə üç “Regionların Sosial İqtisadi İnkişafı” Dövlət Proqramı artıq icra olunub başa çatıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ümumi daxili məhsulun istehsalı 3,3 dəfə artıb. Bununla belə 2 milyona yaxın yeni iş yerləri açılıb, 15 min kilometrdən çox yollar çəkilib, aqro-parklar, aqro-məhəllələr salınıb. Biz bilirik ki, hümanitar sahədə çox ciddi islahatlar aparılıb. 3 min 200 ədəd yenu məktəb binası tikilib istifadəyə verilib, 640-dək xəstəxana binası tikilib və yaxud əsaslı təmir olunrara istifadəyə verilib. Eyni zamanda burada əsas məqamlardan biri kimi neft və enerji sahəsində Azərbaycanın artıq dünya bazarında, xüsusən qərb ölkələrinin Avropaya inteqrasiyası sahəsində çox ciddi addımlar atılmasını qeyd edə bilərik. Burada nəqliyyat dəhlizləri çox ciddi önəm daşıyır. Bildiyiniz kimi artıq Asiyadan Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti tikilib istifadəyə verilib. Həmçinin Qədim İpək Yolunun bərpası ölkə iqtisadiyyatına çox ciddi dividentlər gətirir”-deyə, C.Osmanov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə