Xainləri gözləyən sonluq - ÖLÜM!

Antimilli qüvvələrin planları baş tutmadı

Yenə də böyük təşviş keçirən antimilli qüvvələr meymunluq etməyə başlayıblar. Bunun səbəbi isə, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, günü-gündən inkişaf etməsi, təkcə mövcud olduğu regionda deyil, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış etməsi olub. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca, anti-Azərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi, daha çox tarıma çəkilir. Bu günlərdə erməni sifarişini yerinə yetirən və Avropada "siyasi mühacir" adı ilə zibillikləri sülənən erməni diasporunun maliyyə dəstəyi ilə antimilli fəaliyyət göstərən Orduxan Teymurxan və ətrafının Brüsseldə aksiya keçirmək cəhdləri yenə də fiaskoya uğuradı. Azərbaycana qarşı kampaniyada media ruporu rolunu oynayan "Azadlıq", ikili yanaşma nümayiş etdirməklə, bir daha həyasızlığını göstərib. Radionun açıqlamasında qeyd olunur ki, söhbət Dağlıq Qarabağdan gedir. "Ötən əsrin 90-cı illərindən Ermənistan tərəfindən dəstəklənən tanınmamış hökumətin rəhbəlik etdiyi regiondan söhbət gedir". Təsəvvür edirsiniz? Bunu «Azadlıq» radiosu yazır, özü də bu qədər həyasızcasına! Nə Ermənistan tərəfindən işğal olunmuş torpaqlar söhbəti, nə etnik təmizləmə, nə 1 mln. qaçqın və məcburi köçkünün adı çəkilir. Yalnız Ermənistan tərəfdən dəstəklənən tanınmamış hökumət. İndi özünüz qiymət verin. Bir tərəfdə Avropa sənədini imzalamaqdan ərazi bütövlüyü məsələsinə görə imtina edən Azərbaycan rəhbəri, digər tərəfdə anti-Azərbaycan şəbəkəsi, düşmənlər və onlara quyruq bulayan Orduxan və onun kimi ləyaqətini, şərəfini başqa ölkələrə satmış xəyanətkarlar dayanıb. Və 3-4 Avropanın zibilliklərində sülələnlərin "Azərbaycanın mənafeyini qoruyuram"- demələri əxdaqsızlıq və mənəviyyatsızlıqdır. Bu yerdə "Uzaq sahillərdə" filmindəki satqın Karranti ilə Mixaylo arasındakı dialoq yada düşür: "Mən alman deyiləm, Mixaylo, mən italyan da deyiləm, mən... - Sən ancaq alçaqan!" Doğurdan da, xainlərin, satqınların, şərəfini satmışların nə vətəni, nə də milliyyəti olur.
Bu gün Fəxrəddin Abbaszadənin kimliyi üzərində düşünərkən bu dialoq yada düşür.

Söyüş dəstəsinin fəaliyyəti sosial şəbəkədən o tərəfə keçməyəcək

Bu o dağıdıcı müxalifətdir ki, Azərbaycanda hakimiyyət və onun apardığı siyasət barəsində cəmiyyətdə yanlış rəy formalaşdırmağa çalışır, onlar Azərbaycanla Aİ arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Haqqında Saziş barəsində yalan məlumatlar yaymağa cəhd edirlər. Ancaq bir həqiqəti anlamayan bu süləngəc erməni qulbeçələri Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələr arasında Azərbaycan yeganə ölkədir ki, öz potensialına və səylərinə arxalanaraq, problemlərini həll etmək iqtidarındadır. Hər şeydən əlləri üzülən, təhqir və böhtan yayanlar isə istədiklərini ala bilməyəcəklər. Bu əxlaqsız və mənəviyatsız söyüş dəstəsinin fəaliyyəti sosial şəbəkədən o tərəfə keçməyəcək və bütün təxribatları uğursuzluqla nəticələnəcək.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə