Azərbaycanla əlaqəsi olmayanların Azərbaycandan danışmağı

Son zamanlar hamı hər şeydən danışır. Bildi bilmədi, anladı anlamadı. Məsələn, elə götürək Avropada yaşayıb ömrü boyu Azərbaycan vətəndaşı olmadığı halda indi guya Azərbaycana ürəyi yanan Orduxanı. Orduxan əslində haqqında yazılacaq qədər ciddi birisi deyil. Ağzından horra tökülə-tökülə nə danışdığını bilməyən bu söyüş maşını tez-tez hətta ona arada bir neçə tikə yağlı ət tikələri atan yiyələrini də məyus edir. Onlar da qırıla-qırıla qalırlar ki, ay biz buna dil verən yerdə dilimiz kəsiləydi, əlimiz quruyaydı bunun qrant kağızına imza atan yerdə! Amma daha keçib, onsuz da Orduxan tuği–lənət kimi xirtdəyimizdədir. Qoy bacardığımız qədər bundan istifadə edək!

Bu söyüş maşınını Avropanın müxtəlif yerlərində görmək mümkündür: Avropanın arxa küçələrində (özünə layiq olan formada), PKK–çı dostu İbo ilə qolboyun, hər üç saatdan bir səsinin yoğun yerinə salıb ə–ləri də uzadaraq ağzını biədəb formada açıb içindəki çirkabı axıdanda və beyninin düşünmə ilə əlaqəli damarlarında tıxanıqlıq yarandığı üçün “çevir tatı, vur tatı” formatında nəsə deməyə çalışanda.

Baxırsan belə, bu adamı hazırlayanlar elə formada hazırlayıb Azərbaycanın üstünə qısqırdıblar ki, yuxarıda Allah var, missiyasını qəşəng yerinə yetirir. İsti yerini ver, qabağına nəsə at, qoy xırda–xırda canlı yayınlar eləsin! Zatən, danışdığı da bir şey deyil. Qoy bir ağız, biləmədin iki ağız uzaqdan uzağa səsini eşitdirməyə çalışsın. Axırda yorulub şöngüyəcək və quyruq bulayacaq da.

Amma çox vaxt aqressivlik dərmanını yeməyinə qatmağı unudurlar yiyələri, o da yaladığı qabların təsirindən olmuş olacaq ki, durub ölkəsinin, dövlətinin, dövlətçiliyinin əleyhinə danışır. Qınamayın onu, çətindir şərəflə, qeyrətlə yaşamaq, hər kişinin başı üçün deyil. Hər adam o ağır sınağı alnıaçıq, üzüağ keçə bilmir. Büdrəyir, hətta bəzən yuvarlanıb ən dibi görür. Bir var özündə güc tapıb ayağını yerə vurub çıxa biləsən bataqlıqdan, bir də var PKK–çı İbo ilə, Əlövsətin və başqalarının uşaqları ilə bir yerdə rəzilləşdikcə rəzilləşəsən.

Siyasi savad yox, dünyagörüşü yox, danışıq yox və durub SIYASƏT DÜHASININ məktəbində, rəhleyi–tədrisində oturmuş bir SİYASİ LİDERə dərs keçmək keçə könlündən. Maraqlı bir təklif verə, yenə adamı yandırmaz, yenə ağzını yaxalayıb deyərsən kişinin nəsə təklifi var. Amma yox, onu təhqir, bunu təhqir. Abır, həya yaxşı şeydi vallah.

Bir insan düşünün: doğulub boya–başa çatdığı torpaq belə ermənilərin əlində işğaldadır və gündə bir erməni yetkili gəlir onun süləndiyi həndəvərə, bircə dəfə də həmin adamların qabaqlarını Azərbaycandan gələn nümayəndələrin qabağını kəsdiyi kimi kəsmir qabaqlarını ki, mənim doğulub boya–başa çatdığım torpaqları niyə işğal etmisiniz?! Niyə qaytarmırsınız mənim yerimi, yurdumu, kəndimi, kəsəyimi?! Bunu demək üçün isə iradə və daha da ötəsi lazımdır. Orduxan və onun kimilərsə bu cür dəyərlərdən çox uzaqdırlar. Bir dəfə də olsun görməzsiniz ki, o, alasarsaq–alasarsaq danışdığı canlı yayınlarında Cəbrayılı yad eləsin. Sizə bir şey deyim: bəzən hətta mən onun Cəbrayıl bölgəsindən olmasına belə şübhə ilə yanaşıram. Çünki, bu Avropada oturub qınını bəyənməyən bağaların bircə dəfə də olsun Qarabağla bağlı təşkil olunan aksiyalarda görməmişəm. Bəlkə, məndən fərqli olaraq görəniniz olub?! Görən olmayıbsa, kimdir bunları millətin “qəhrəman”ı kimi cəmiyyətə sırıyan?! Ümumiyyətlə, bu adamların Azərbaycanla bağlı danışmağa haqları varmı?! Yaxşıdır, vallah, söy, zərər ver, təhqir et, hətta zaman–zaman ermənilərin azərbaycanlılara qarşı heç bir vandalizm törətmədiyini de, ondan sonra Azərbaycanın guya dərdi ilə dərdlən! Üç dəfə “halal olsun” deyin bu Azərbaycanla əlaqəsi olmayıb Azərbaycandan danışanlara! Siz “halal olsun” deyin, yallarını verənlər onsuz da verir!

Oktay Hacımusalı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...