"Azərbaycan öz yolu ilə irəliləyir" ÖZƏL-MÜNASİBƏT

“Mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirmək cəhdi anlaşılmaz, gülməli və rüsvayçı təsir bağışlayıb”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, antimilli radikal düşərgənin böyük sürətlə aşılandığı və sıralarının seyrəldiyi artıq aşkar görünür: “Brüsseldə son çırpıntılar üçün toplaşan 3-4 radikal, məncə, tam iflas prosesi yaşayan radikalların son nümayəndələridir. Ortada bir neçə nəfər qalıb. Bizim üçün vacib olan odur ki, radikal antimilli qruplaşma Azərbaycana düşmən qüvvələrin əlində həm alət oldular, həm də onların oyunlarının içində əriyib gedirlər. Brüssel səhnəsini antimillilərin son iflas aksiyası da saymaq olar”.

A.Quliyev deyib ki, antimilli yol tutanların vətənpərvərlik mövqeyindən danışması mümkünsüzdü. Onun fikrincə, öz dövlətinə qarşı anti-Azərbaycan mərkəzlərinin oyununu oynamaq vətənpərvərlik adlana bilməz. Antimilli ünsürlərin Brüssel “cəhdlərinin” Azərbaycan cəmiyyətində də heç bir əks-səda vermədiyini önə çəkən A.Quliyev bunu təbii sayır: “Bu, belə də olmalı idi. Yəni, onların qismətində Azərbaycan tarixinin lənətlənmiş personaları kimi əbədi qalmaq rüsvayçılığı var imiş. Azərbaycan öz yolu ilə irəliləyir, əzilməkdə olan üç-dörd radikalın çığır-bağır salması bu yola təsir etmək gücündə deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə