Küçə diliylə danışanlar, intellektsizlər... ELNUR MƏCİDLİ

“Ümumiyyətlə, nifrət dili kənara qoyulmalıdır və radikallıq içərən boşboğazlıqlardan əl çəkilməlidir. İdeologiyası nə olursa olsun, qaragüruhçuluğun bizə heç bir xeyri yoxdur”. SİA xəbər verir ki, bu fikirləri mətbuata müsahibəsində Fransada yaşayan müxalifətçi Elnur Məcidli Brüsseldə “siyasi mühacir” adı altında qaragüruhçuluq edən şəxslər barədə fikirlərini açıqlayarkən deyib.

“...Küçə diliylə danışanların böyük əksəriyyəti, yaşadığı ölkənin dilini düz-əməlli bilməyən, sığınacaq aldığı ölkəyə illərdir inteqrasiya etməmiş, yaxud etmə intellektinə sahib olmayan, dövlətin verdiyi yardımlarla gün keçirənlərdir”, deyən Elnur Məcidliyə görə, bu insanların böyük əksəriyyəti heç də Azərbaycanda hansısa ciddi təzyiq və problemlərlə qarşılaşmayıb.

Onun sözlərinə görə, belələri öz maraqlarını güdərək, oturum izni almaq üçün dəridən-qabıqdan çıxırlar və buna görə sifarişlər həyata keçiririrlər. “Bir qismi isə yeni gələnlərdir, sırf oturum almaq üçün bu cür radikal yola əl atırlar”, müxalifətçi deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...