Satan-satılan yırtıcı quduzlar...


Yaxud özgə yalı ilə yallananlar ulaya-ulaya qalacaqlar

Bu gün müxalifət deyəndə, satılan-satan dağıdıcı düşərgənin çaqqalları yada düşür. Bunu biz demirik, elə elmdə də belə adlanırlar- satqınlar. Baxın görün, Ömər Xəyyama görə satqınlıq nə deməkdir. ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar ki, bu da, həyasızlığın göstəricisidir''. Son dövrdə məlum ölkələrdə baş verən səs-küylü hadisələrdən sonra insanı satqınlığa hansı vəziyyətin sövq etməsi psixologiya elmi tərəfindən geniş təhlil edilir. Necə ola bilər ki, ata-ananın, əcdadlarının yaşadığı, ən gözəl xatirələrinin ünvanı olan, ana adlandırdığın vətənə xəyanət edəsən? Əclaflıq adlanan oyun qaydalarını qəbul edəsən? Psixologiya elminə görə, xəyanət, elmi baxımdan, daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir.

Yırtıcı "üçlüyün" əxlaqsızları...

Bunlar kimlərdir? Məgər müxalifətin dağıdıcı düşərgəsində yırtıcılar üçdür? Bu infeksiyalı düşərgədə sayı-hesabı yoxdu yırtıcıların. Ancaq "Milli Şura"nın G.Hacıbəyli, C.Həsənli və Ə.Kərimlidir ki, özlərini "müqəddəs üçlük" yox, "yırtıcı üçlük" elan etməlidirlər. Ancaq bu reallığı hələ də anlamırlar ki, biri beşinə dəyməz, beşi birinə. Fərqində də deyillər ki, "Milli Şura" çoxdan tarixin arxivinə gömülüb. "Onlar isə, "təki qrant alaq" iddialarından dönmürlər.
Bu aksiomadır ki, erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. O zaman ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir: Vətən daşına dönük çıxan bu "satqınlar kadrosunda" toplaşıblar. Belə satqınlar nə qanır Vətən, millət nə qədər böyük bir milli dəyərdir, mənəviyyatdır. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Ancaq bu gün Orduxan Teymurxan, Emin Hüseynli, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Həbib Müntəzir, Ə.Kərimli, C.Həsənli, Arif Hacılı, Leyla Yunus və digər quduzları susdurmaq heç də çətin deyil. Onlar özlərini "mühacir" kimi qələmə verərək, havadarlarının xüsusi sifarişini yerinə yetirən enməni qulbeçələridirlər. Amma bu bədbəxtlər, hələ də bilmirlər ki, havadarları onlardan uzunqulaq kimi yaxşı istifadə edirlər. Şərəfsizlik simvolu olan bu quduzlar hürə-hürə qalacaqlar.

Xəyanətkarlara min lənət

Lənət olsun erməniyə xidmət edənlərə. Belələrinə cavab verməyib necə susasan? Ay biqeyrətlər, kimsiniz ki, Azərbaycanın siyasi həyatında baş verənlərə qiymət də verəsiniz. Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, xalqımıza, dövlətimizə qarşı dəfələrlə vandalizm, terror aktları, soyqırımlar törədən üzdəniraq millətin nümayəndələri ilə çiyin-çiyinə durmaq əsl rəzalətdir. Ancaq bunu qana bilməzsiniz. Çünki Azərbaycanın uğurlarını gözü götürməyənlər daim Ə.Kərimlidən və onun yaxın ətrafından istifadə edərək ölkədə təxribat yaratmağa can atıblar. O.Teymurxan, E.Hüseynli, M.Mirzəli, T.Sadıqlı, H.Müntəzir və bu kimi parazitlərin əməlləri iflasa uğrayacaq.
Bu gün bu satqın parazitlər heç vaxt heç nəyə nail ola bilməyiblər və bundan sonra da heç bir şey əldə edə bilməyəcəklər. Çünki onlar hadisələrin məcrasında idarə olunan fiqurlardır. İdarə olunan isə, əsla, idarə edənin məramlarından və niyyətlərindən xəbərdar olmur. "5-ci kolon"u formalaşdırmağa nail olan həmin dairələrin böhtanlarını gerçək kimi qəbul etdirmək mexanizmləri də çox sadədir. Azərbaycanı ölkə və dünya ictimaiyyətinə "dəhşətli obrazda" təqdim etmək üçün satın alınan Vətən xainləri V.İsgəndərli, O.Teymurxan, T.Sadıqlı, xarakterinə uyğun psixologiyasını soyadı ilə doğruldan H.Müntəzir, Q.Məmmədov, Q.Zahid kimi ünsürlər də hər zaman olub. Bu kimi Vətən xainlərinin torpağına, elinə-obasına ermənidən betər qənim kəsilən namərdlərin əsl qazancı isə xalqın nifrətidir. Bax, bu marginallar unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib, özgə yalı ilə yallanmaqla heç nəyə nail ola bilməyəcklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...