“Orduxan və digər satqınlar tərbiyəsizlik edirlər” RƏY-ÖZƏL

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsselə işgüzar səfəri zamanı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyi münasibətilə ilə təşkil olunmuş bayram tədbirində, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin hamiliyi ilə keçirilən konfransda, ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, kifayət qədər işgüzar proqram ilə zəngin səfər zamanı dövlət başçımızın Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü də diqqət çəkən məqamlardan, dövlət başçımıza olan münasibətdən, cənab Prezidentin nüfuzundan xəbər verirdi: “Prezident İlham Əliyevin bütün görüşlərində xüsusi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırması, prinsipiallıq nümayiş etdirməsi düşmən tərəfi və onların havadarlarını, xüsusilə erməni lobbisini narahat etməyə bilməzdi. Erməni lobbisi və onları dəstəkləyən beynəlxalq güclər anti-Azərbaycan layihələrini dərhal işə saldılar. Həm may ayının 29-də paytaxtımızda keçiriləcək növbəti nəhəng idman yarışı ilə bağlı qərəzli, həqiqətdən uzaq təbliğat start götürdü, həm də bu layihənin bir tərəfi olaraq illərlə hazırladıqları, müxtəlif vasitələrlə ələ keçirdikləri milli satqın Orduxan və onun ətrafına toplaşmış 3-4 başıpozuq vasitəsi ilə Brüsseldə prezidentimizə, nümayəndə heyətimizə, bütövlükdə isə dövlətimizə qarşı çirkin kampaniyaya başladılar. Bu ünsürlər tərbiyəsizcəsinə səfirliyimizin binası qarşısında, ölkə başçımızın yaşadığı otelin qarşısında aksiya təşkil edərək növbəti murdar əməllərini videogörüntü vasitəsilə yayımlamağa başladılar. Yenə də dövlət başçımız təmkin nümayiş etdirdi. Halbuki, bir neçə il öncə oxşar hadisəni Türkiyə Respublikasının prezidentinə qarşı edəndə mühafizəçilər sərt şəkildə hadisəyə müdaxilə etmişdilər. Və nəticə o oldu ki, aksiya iştirakçıları layiqli cəzalarını aldılar, prezident mühafizəçilərinə qarşı heç bir cinayət işi də açılmadı və ən nəhayət, bu kimi hadisə bir daha təkrarlanmadı. Çünki, hər bir ölkənin prezidenti dövlətinin, xalqının rəsmi təmsilçisidir və ona qarşı təşkil olunmuş istənilən təxribat ölkəyə və xalqa qarşı yönəlmiş təxribat kimi qiymətləndirilir. O zaman Türkiyə prezidentinə qarşı hazırlanan oyunun arxasında duranlar birdəfəlik başa düşdülər ki, dövlət başçısına qarşı təşkil edəcəkləri növbəti bu kimi tərbiyəsiz aksiyalarının iştirakçıları daha da sərt formada cəzalanacaqlar. Ona görə də bizim dövlətimizin başçısına qarşı bu kimi təxribatlara da analoji qaydada cavab verilməlidir. Orduxan kimi satqın əslinə heç Azərbaycan vətəndaşı da deyil, onun Azərbaycana faktiki də heç bir aidiyyatı yoxdur. O erməni lobbisinin pulu ilə, sifarişi ilə bu kimi təxribatları təşkil edir. Əminəm ki, onun bu kimi tərbiyəsiz davranışları hüquqi qiymətini almalıdır və alacaqdır da. Diqqət çəkən məqam nədir? Təsəvvür edin ki, sammitdə yekun bəyənnamə imzalanmalı idi və Azərbaycan tərəfi bəyənnamədə məhz ərazi bütövlüyümüzlə bağlı bəndin daxil edilməməsinə etiraz edərək sənədi imzalamaqdan imtina edir və sənədə veto qoyur. Bu anda Orduxan və digər satqınlar Brüsseldə peyda olurlar və bu cür təxribat, tərbiyəsizlik edirlər. Ərazi bütövlüyümüzlə bağlı məsələdə israrlı olmağımız yalnız erməni tərəfini narazı salmalı idi. Lakin, rəsmi Bakının prinsipiallığı həm də orduxanları narazı salır, onları fəaliyyətə gətirir. Deməli sadə bir məntiqlə bu satqınların erməni lobbisinin nökərləri olduğu, onların sifarişlərini icra etdikləri bir daha təsdiqini tapır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...