Əmək haqları artırılmasa onlar evlərinə göndəriləcək

Qanunlar maneə törətdiklərinə görə bir çox proqramlar tətbiq oluna bilmir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri bu gün jurnalistlərlə görüşü zamanı İrəvanın baş arxitektoru Artur Mesçyan deyib.

Baş arxitektor xüsusilə onu da bildirib ki, tabeçiliyində olan şöbə əməkdaşları geçə saat 11 radələrinə qədər işləyirlər və əgər onların əmək haqları artırılmazsa, şəxsən özü saat 18:00-dan etibarən onları öz evlərinə göndərəcək və axşam saat 6 radələrindən sonra heç kim işdə qalmayacaq. Artur Mesçyan onu da qeyd edib ki, belə olan halda şənbə və bazar günlərində iş günlərinin olmasından isə söhbət gedə bilməz və bunu xəbərdarlıq kimi qəbul edə bilərlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...