“Ulu Öndər Heydər Əliyev ilk növbədə böyük AZƏRBAYCANLI idi” BƏHRUZ QULİYEV

“Ulu Öndər Heydər Əliyev ilk növbədə böyük azərbaycanlı idi və Onun bizlərə miras qoyduğu Azərbaycançılıq ideologiyası xalqımızın, dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rolunu oynayıb”. Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anada olmasının 96-cı ildönümü ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, məhz Ulu Öndərin uzaqgörənliyi nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi forlamalaşdırılmağa başlandı və nəticədə qüdrətli, güclü dövlətin təməlləri qoyuldu: “Bu danılmaz reallıq ölkəmizin çoxşaxəli inkişafında, sabitliyə doğru irəliləməsində, dünya birliyində layiqli yer tutmasında və bu birlikdə yer almasında öz müsbət təsirlərini göstərdi. Azərbaycan xalqı əminliklə öz Liderinə etimad etdi və bu etimad təbii ki, hər bir azərbaycanlının gələcəyə inamlı baxışında öz təşəkkülünü tapmış oldu”.

Bəhruz Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası olub: “Çünki hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu”

“Əbəs deyil ki, müxtəlif hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə on minlərlə insan Onun səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü idi”, deyə qeyd edən “SƏS” qəzetinin baş redaktoru bu ideoloji prisnipilərin uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Bu gün həmin gerçəklik bir ənənə şəklini alıb və əbəs deyil ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq qiymətləndirilir. Bu kursu davam etdirməklə yanaşı, həm də inkişaf etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində azərbaycançılıq ideologiyasından qaynaqlanan xalq-iqtidar vəhdəti dayanmaqdadır. Cənab İlham Əliyevin müstəqil Azərbaycanımızı dünya birliyi çərçivəsində ən mötəbər yerlərə ucaltmasında, ölkəmizin beynəlxalq arenadakı liderlik mövqeyinin möhkəmləndirilməsində, nəhəng layihələrin təşəbbüskarı və ideyavericisi kimi çıxış etməsində, ümumiyyətlə, hər bir uğurlarımızda xalqın Prezidentinə etimadı və Prezidentin xalqına güvənməsi faktoru dayanıb. Əlbəttə, bu yolu qazanmaq, əldə etmək və qorumaq çox çətin siyasi-tarixi proseslərlə müşahidə edilib və məhz azərbaycançılıq ideologiyasının Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılarılması, Prezident İlham Əliyev tərəfindən isə davam etdirilməsi faktı qeyd edilən bütün fikirləri kifayət qədər təsdiqləmiş olur”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə