Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbsxanadan “Reuters” agentliyinin suallarını cavablandırıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Nikol Paşinyan iqtidarına qarşı ciddi qüvvələrin birləşəcəyini və şəxsən bu mübarizəyə qoşulacağının anonsunu verib.

“Müxalifətdəki güc mərkəzləri indiki hakimiyyətə qarşı birləşir və mən də bu proseslərə qatılacam”.

Koçaryan 2008-ci il 1 mart iğtişaşları ilə bağlı barəsində açılmış cinayət işini də sərt tənqid edərək bunun siyasi motivli addım olduğunu deyib. Onun fikrincə, Paşinyan hakimiyyəti ondan qisas almağa çalışır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə