"Forum Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilib" ÖZƏL-RƏY

"V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir çox qaynar məsələləri öz üzərində toplayıb. Dünyanın bir çox ölkələrindən nüfuzlu şəxslər məhz bu Forum üçün Bakıya gəlib". Bu fikirləri SİA-ya açıqlamasında İSESCO-nun baş direktoru Əbdülaziz bin Osman əl-Tüveycri deyib.

Forumun Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edildiyini deyən İSESCO-nun baş direktoru söyləyib ki, Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır: "Artıq necə ildir ki, Bakı prosesində iştirak edirəm. Bakı prosesi dünyadan sülhün bərqərar olunmasına öz töhfəsini verir. V forumda müzakirə olunacaq əsas məsələlər ekstremizm, münaqişələr, ksenofobiya və digərlərinə qarşı mübarizə olacaq. Çox təəssüf ki, dünyada belə hallar artmaqdadır. Biz buna qarşı mübarizədə bütün dünya ölkələrini əməkdaşlığa dəvət edirik. Bakı prosesi bu əməkdaşlıq üçün çox vacibdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə