""Formula 1” yarışına dünyada maraq ildən ilə artır" ÖZƏL-ŞƏRH

“Bakı şəhərində keçirilən Formula-1 yarışına dünyada maraq ildən ilə artır. Bu yarışı izləmək üçün ölkəmizə gələn əcnəbi qonaqlar sayı da artmaqdadır. Bu fakt eyni zamanda, ölkəmizin turizm imkanlarının genişlənməsinin göstəricisidir”. Bu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, Bakıda keçirilən Formula-1 yarışı dünyada populyar idman tədbirlərindən biridir.

Onun sözlərinə görə, bu nüfuzlu beynəlxalq idman yarışına dünyada maraq ildən ilə artır. Bakı şəhərinin bir neçə ildir ki, Formula-1 Avropa Qran-prisinə ev sahibliyi etdiyini deyən S.Orucov deyib ki, bunun ciddi əsasları var.

"Formula-1 yarışlarının keçirilməsi üçün müəyyən şərtlər var. Azərbaycan da bu şərtlərə tam cavab verir. Bu da ondan ibarətdir ki, mötəbər idman tədbirinin keçiriləcəyi ölkədə ictimai-siyasi sabitlik olmalı, eləcə də lazımi idman standartlarına cavab verməlidir. Bilirsiniz ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf etməklə yanaşı, dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə bütün idman strukurları mövcuddur və beynəlxlaq standartlara tam cavab verir”-deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə