YAP Laçın rayon təşkilatı Zərifə xanım Əliyevanın 96-cı ildönümünü qeyd edib

Dünən YAP Laçın rayon təşkilatı ilə rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Anım mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov bidirib ki, Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib: "Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb".
Tədbirdə rayon mərkəzi xəstəxanasının baş həkimi Güllü İbadova və digərləri çıxış edərək Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan ətraflı söhbət açaraq onun peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunduğunu bildiriblər.
Tədbirdə iştirak edən rayon sakinləri göstərilən tibbi xidmətin keyfiyyətindən, həkimlərin diqqət və qayğılarından razı qaldıqlarını bildirməklə, hər il ölkə başçısının tapşırığına əsasən əhalinin müayinə olunması ilə bağlı görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...