Akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub

Aprelin 28-də görkəmli aftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Əvvəlcə, Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin məzarına tər gül-çiçəklər düzülüb.

Sonra görkəmli aftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə YAP Qadınlar Şurası adından əklil qoyulub, gül dəstələri düzülüb. Ziyarətçilər Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə