"Putin Zelenskiyə ilk böyük pisliyini etdi" ÖZƏL - RƏY

"Rusiya prezidenti Vladimir Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik etmədi, ona ilk böyük pisliyini etdi". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya prezidentinin fərmanı ilə Donetskdə və Luqanskdə separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək: "Bu o deməkdir ki, Kreml Donbassı Ukraynadan qoparmaq prosesini sürətləndirir.

Separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyənləcəklər. Çünki Rusiya pasportlarını daşıyan donbaslılar daha çox maaş və pensiyaya ümid edirlər. Kreml hətta nə vaxtsa hipotettik olaraq Donbassı Ukrayna ərazisi kimi tanısa da, orada yaşayanlar çoğrafi ərazi kimi Ukraynada olsalar da, vətəndaş olaraq Rusiyaya tabe olacaqlar, çünki ciblərində Rusiya pasportu daşıyacaqlar. Bir sözlə Rusiya rəsmən Donbasın işğalına başlayıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə