Nur-Sultanda Suriya ilə bağlı növbəti görüş başlayıb

Suriya ilə bağlı Astana formatında növbəti danışıqlara Qazaxıstanda start verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün Rusiya, Türkiyə, İran, Rəsmi Şam , və BMT Baş katibinin xüsusi nümayəndəsinin iştirakı ilə iki tərəfli və üçtərəfli qapalı danışıqlara başlanılıb. Yeni danışıqlar ilk növbədə İran və Rusiya nümayəndələri arasında görüşlə başlayıb.

Rusiyanı danışıqlarda XİN nümayəndəsi Aleksandr Lavrentiev, İranı xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Əli Əsgər Hacı, Türkiyəni isə X İN başçısının müavini Sedat Onal təmsil edir.

Müzakirələrə Suriya və İordaniyanın müxalifət nümayəndələri də qatılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə