Kim Çen Inla Putinin görüşü baş tutdu

KXDR lidri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin Vladivastoqda görüşüb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Şimali Koreya lideri Vladivastoqdakı sammitə dəvət üçün təşəkkürünü bildirib.

"Məni sammitə dəvət etdiyiniz üçün təşəkkür edirəm. İşlərinizin çoxluğuna baxmayaraq, Moskvadan Vladivastoka kilometrlərlə yol qət etmisiniz", - deyə Kim vurğulayıb.

Rusiya lideri söyləyib ki, səfər iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcək və nüvə məsələsinin həllinin müsbət prosesinə kömək edəcək.

Görüş zamanı Rusiya dövlət başçısı Şimali Koreyanın nüvə problemini həll etmək və ABŞ ilə dialoqun normallaşdırılması istiqamətində səylərini yüksək səviyyədə qarşılandığını dilə gətirib.

Şimali Koreya lideri də öz növbəsində Rusiya prezidenti ilə danışıqların mənalı olacağına ümid etdiyini bildirib.

İki tərəfli söhbətdən sonra görüş iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam etdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə