YAP Qusar rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.Daha sonra rayonun Heydər Əliyev Mərkəzində konfrans öz işini davam etdirib.Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov konfransda çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib".Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı gənclər birliyinin sədri Zeynal Əsgərov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında gənclərin uğurlarından danışıb.Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıb. Müasir dövrümüzdə dövlət-gənclər siyasətinn ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşadığını bildirərək, Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərdiyini, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfələrini verdiklərini diqqətə çatdırıb.Milli Məclisin deputatı Azər Badamov və rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev çıxışlarında Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildiriblər.Sonra təşkilatı məsələlərə baxılıb. YAP Qusar rayon təşkilatı gənclər birliyi şurasının tərkibi müəyyənləşib. Səsvermə nəticəsində Nahid Hacıyev YAP Qusar rayon təşkilatı gənclər birliyinin sədri seçilib. YAP Gənclər birliyinin növbəti konfransına nümayəndələr seçilib.Konfransda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri və fəal gənclərə "Fəxri fərman"lar təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə