Tapdıq Abbas: “Cəmiyyət müxalif şəxslərə inanmır” RƏY-ÖZƏL

“Bu bir faktdır ki, Azərbaycanda müxalifət liderləriarası dialoq alınmır”. Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində müxalifət hələ ki, bir mərkəzdə birləşə bilmir: “Yaranan qurumlardan olan “Milli Şura”, “Azərbaycan Xalq Hərakatı”dır ki, onların da hər birinin yaranmasında ümummilli maraqlar yox, şəxsi maraqlar dayanır. Ona görə də, bu təşkilatlar arasında birlik yaranması mümkün deyil. Uzun müddət müxalifət düşərgəsində olan bir insan kimi deyə bilərəm ki, partiyaların böyük əksəriyyəti şəxslər ətrafında yaranıb. Blok və qurumlarda ayrı-ayrı şəxslərin ətrafında yaradılıb və sonra liderlərin şəxsi ambisiyaları nəticəsində qarşıdurma yaranıb və parçalanmalar baş verib. Bir sözlə, müxalifət təmsilçiləri yeni təşkilatlar yaratsalar da elə 1990-cı ildə olan adamlardırlar. Yəni cəmiyyət müxalif şəxslərə inanmır və onların tutduğu mövqeləri qəbul etmir. Demək olar ki, müxalifət düşərgəsində hər hansı bir partiya yaradılanda həmin partiyada özündən və qohum-əqrabasından, dostundan başqa ayrı adam olmur. Ona görə də, nə qədər ki, müxalifət partiyaları liderlərin şəxsi maraqları ətrafında yaradılacaqsa, o zaman partiyaların aqibəti də aruolunmaz vəziyyətlə nəticələnəcək”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə