Təhmasib Novruzov: “Köhnə fikirli və düşüncəli adamlar hələdə müxalifət düşərgəsini zəbt edərək, partiya sədrliyində oturublar” RƏY-ÖZƏL

“Müxalifət partiyalarının parçalanmasının başlıca səbəbi partiyalara rəhbərlik edən şəxslərin şəxsi mənafeləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, çünki müxalifət təmsilçiləri öz daxillərində bir-birlərini qəbul etmirlər, özlərini bir-birlərindən üstün tuturlar, belə olan halda da onlar tərəfindən yaradılan partiyaların sonu da parçalanmalarla nəticələnir: “Köhnə fikirli və düşüncəli adamlar hələdə müxalifət düşərgəsini zəbt edərək, partiya sədrliyində oturublar. Ancaq şəxsi mənafelərini və öz şəxsi istəklərini bütün digər istəklərdən üstün tutan adamların yaratdığı qurum istər-istəməz müvəqqəti olmalıdır və parçalanmağa məhkumdur. Yəni müxalifətin parçalanması adı bir haldır. Çünki müxalifət düşərgəsində birlik yoxdur. Birlik olmayan bir yerində parçalanmaların baş verməsi gözləniləndir. Ümumiyyətlə, bu gün müxalifətin istəyi ancaq özlərini reklam etmək və bir müddət gündəmdə qalmaqdır. Bu gün müxalifətin özü də çox yaxşı bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Bu baxımdan müxalifət partiyaları dağılmağa və sıradan çıxmağa məhkumdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə