“Franklinlərin” kölgəsindəki Kərimli…

2005-ci ildən sonra sosial bazanın tamamilə sıfırlanması AXCP sədri Əli Kərimlinin bütün siyasi fəaliyyətini virtual aləmə transformasiya etməsinə səbəb oldu. Sosial şəbəkələr həm də görüntü yaratmaq baxımından sərfəli idi. Və elə o vaxtdan indiyə kimi Kərimlinin hər gün, hətta hər saat sosial şəbəkədə nəsə yazdığı, çağırışlar etdiyi müşahidə olunur.

Kərimlinin “qara eynəyi” və “nə olursa olsun..” prinsipi:

Azərbaycan son 25 ildə uzun bir yol keçib və 90-cı illərin dağıntıları altında qalmış ölkədən dünyanın xüsusi inkişaf səviyyəsi olan ölkəyə çevrilib. Ölkədə heç bir problemin olmadığını demək doğru olmaz, əsas olan bu problemlərin qarşısının alınması və vətəndaşların daha yaxşı yaşaması üçün siyasi iradənin mövcud olmasıdır. Bu mənzərə fonunda ölkədə ən xırda problemi qabardaraq, böyütmək və şişirtmək, daim bədbinlik aşılamaq iki amildən irəli gələ bilər: ya düşüncə xəstəliyi, ya da hakimiyyət sevdası. Kərimli öz fəaliyyətində hər ikisinə sahib olduğunu göstərir və bunun üçün bütün yollara əl atmaqdan çəkinmir:

– 2003-cü ildə ölkəni xaos burulğanına çevirmək istəyənlərin başında olanlardan idi; 2005-ci ildə narıncıya bürünərək, “hakimiyyətə gəlirəm” vədləri verirdi; 2008-ci il seçkilərindən sonra “əsas lider” ambisiyaları uğruna müxalifəti parçaladı və bu parçalama hələ də davam edir; 2013-cü ildə “nə olursa, olsun, təki bu hakimiyyət getsin” devizi ilə işğalçı Ermənistanın əsas havadarlarından biri iələ anlaşmaya getdi; 2015-ci ildə ölkədə “şəriət rejimi” qurmaq istəyənlərə dəstək verdi; Gəncə terrorunu “legitimləşdirmək” üçün əlindən gələni etdi;

Və bu gün hər gün öz “rahat güşəsində” əyləşərək, sosial şəbəkə üzərindən xalqa qanlı çağırışlar edir. Hədəfi bəllidir, necə olursa, olsun, hansı yolla olursa olsun, hakimiyyəti ələ keçirmək. Hərçənd, onun “qara pəncərədən” etdiyi çağırışları fonunda sual yaranır: Kərimli Azərbaycan xalqını bu qədər düşünürsə, niyə öz ailəsini bu ölkədən kənara çıxarıb? Axı özünü “xalqın lideri” hesab edən və bu ölkənin prezidenti olacağını deyən şəxs niyə doğmalarının bu ölkədə yaşamasına razı olmur?

Bu sualların cavabını indiyə qədər verə bilməyən Kərimli əvəzində bu ölkənin gənclərini öz siyasi ambisiyaları uğrunda küçələrə səsləyir, ictimai asayişi pozulmasına zəmin yaradır və nəticədə başqalarının övladını barmaqlıqlar arxasına göndərir. Yox, hər şey bununla bitsəydi, yenə yaxşı idi. O, daha sonra “içəri göndərdikləri” gənclər üzərindən siyasi və maddi maraqlarını təmin edir. Bu haqda kifayət qədər faktlar var.

Onun prinsipi budur: nə qədər AXCP üzvü qanunları pozsa və həbs olunsa, bir o qədər daha qazanacaq.

Kərimlinin siyasi fəaliyyətində ən diqqətçəkən məqamlardan biri Azərbaycan ərazilərinin işğalı haqqında susması, ən yaxşı halda bir neçə kəlmə ilə kifayətlənməsi və bu haqda söhbət düşəndə dərhal hakimiyyəti hədəfə almasıdır. Dağlıq Qarabağı Ermənistan işğal edib, Kərimli isə Azərbaycanı ittiham edir. Və bu, onun bu ölkəni nə qədər sevdiyinin də ölçüsüdür. Bu yaxınlarda etdiyi “Qarabağda müharibəyə getməyin” çağırışı isə onun Ermənistanın baş naziri Nikol Paşinyanla eyni leksikondan istifadə etdiyini sübut etdi.

Çünki “müharibənin olmamasını, danışıqların uzanmasını və ərazilərin işğal altında qalmasını” istəyir və hesab edir ki, vəziyyət nə qədər belə davam etsə, onun “hakimiyyətə gələcəyi” bir o qədər yaxındır.

Paşinyan da istəyir ki, “müharibə olmasın, danışıqlar uzansın və mövcud status-kvo davam etsin”. Eyni yanaşmadır və Kərimlinin bu yanaşması onun hansı dairələrlə əl-ələ tutuşduğuna dair şübhələrə yol açır.

Hərçənd, onun 90-cı illərdə “liderim” dediyi Əbülfəz Elçibəyə xəyanəti, Elçibəyi devirib hakimiyyətə gəlmək üçün region ölkələrinin kəşfiyyatları ilə əməkdaşlığı və dövlət maraqlarını öz ambisiyalarına qurban verməsi və yalnız “xəyanət” kəlməsinin keçdiyi bütün keçmişi fonunda bu şübhələr qaranlıq qalmır.

Daha bir sual: o, doğrudan da bu ölkəni düşünürsə, nədən erməni lobbisinin də təmsil olunduğu anti-Azərbaycan qüvvələrə qarşı çıxmır, əksinə, bu dairələrdən göndərilən “franklinləri” qatlayıb üstə-üstə yığır?!

Tarix bir gün bu sualların – Elçibəyi “üstünü torpaqlamasından” tutmuş, “franklinlərin” kölgəsinə sığınmasına qədər – cavabını ondan soruşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə