"Türkiyə arxivlərini açmağa hazırdır" Ərdoğan

Türkiyə 1915-ci il hadisələrini öyrənmək üçün arxivlərini açmağa hazırdır. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan, 1915-ci il hadisələrinə görə Osmanlı dövlətini ittiham edən ölkələri tənqid edib.

Ərdoğanın sözlərinə görə, "erməni soyqırımı" ilə əlaqədar provokatif açıqlamalar verən ölkələrdən heç biri həqiqəti müdafiə etməyə çalışmır.

Ərdoğan bildirib ki, Türkiyəyə demokratiya və insan hüquqlarını öyrətməyə çalışan ölkələr özləri qanlı bir keçmişə sahibdirlər.

Prezidentin sözlərinə görə, bütün qətliamlar, soyqırım, işgəncə və qeyri-insani davranış faktlarının arxasında dayananlar bu gün Türkiyəni soyqırım törətməkdə günahlandırmağa çalışır.

"1915-ci il hadisələrindən danışan heç bir ölkə mövqeyini arxiv sənədləri ilə əsaslandıra bilmədi. Eyni zamanda, Türkiyə 1915-ci il hadisələrini öyrənmək üçün istənilən vaxt arxivlərini açmağa hazırdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə