Putin və Kim sabah Vladivastoqda görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In-lə gprüşmək üçün bu gün axşam Vladivastoka uçacaq. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov açıqlayıb.

"Rusiya prezidenti Vladimir Putin Kim Çen In-la görüşmək üçün bu gün axşam Vladivastoka uçacaq. Artıq KXDR lideri ordadır. Sabah iki lider arasında danışıqlar aparılacaq",- deyə Peskov açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə