"Çinlə əlaqələr getdikcə daha da dərinləşməkdədir" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə, Çin Xalq Respublikasının son qurultayından sonra qəbul etdiyi “Bir kəmər, bir yol” siyasəti Azərbaycanda da dəstəklənir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, bu gün Azərbaycanla Çin arasında çox geniş əlaqələr mövcuddur: “İki ölkə arasında iqtisadi, siyasi, nəqliyyat sahəsində əlaqələr vardır və digər görüşlər mövcuddur. Təbii ki, bu əlaqələr getdikcə daha da dərinləşməkdədir. Nəticədə Azərbaycan-Çin münasibətləri ən yüksələn nöqtədədir. Hesab edirəm ki, cənab Prezidentin Çinə səfəri və bundan öncə də dəfələrlə hökumət nümayəndələrinin səfərləri olub. İqtisadi layihələrin həyata keçirilməsində birgə əməkdaşlıq çox vacibdir. Çinin sonuncu qurultayından sonra Çin tərəfi ilk dəfə olaraq qurultayın nəticələrinə uyğun olaraq məhz Azərbaycanda layihələr həyata keçirməyə qərar verdi. Bu bir daha Çin-Azərbaycan yaxınlığına sübutdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib. Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşıladılar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə