"Paşinyan yenə Qarabağ kartından istifadə edir" AÇIQLAMA-ÖZƏL

“Paşinyanın hakimiyyətə gəlməsinin bir ilinin tamamında istər sosial-iqtisadi, istər ictimai-siyasi, istərsə də hərbi baxımdan vətəndaşa deyiləcək sözü olmadığı üçün o yenə də Dağlıq Qarabağ kartından istifadə edir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Ermənistan hakimiyyəti tərəfindən atılan addımların, edilən siyasi gedişlərin münaqişənin həllinin uzadılmasına hesablandığını deyən siyasi şərhçi söyləyib ki, Paşinyanın problemin həlli ilə bağlı məsuliyyəti xalqın üzərinə atması buna bariz sübutdur.

A. Nağıyevin sözlərinə görə, Paşinyan çox yaxşı bilir ki, Ermənistan vətəndaşı Dağlıq Qarabağ münaqişəsini birmənalı şəkildə həll edə bilməz: “O çox gözəl anlayır ki, Ermənistan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə heç referendum yolu ilə də həllinə heç vaxt “hə” deməyəcək. Ona görə də məsuliyyəti öz boynundan atmaqla vətəndaşları günahlandırmağa çalışır ki, Ermənistan vətəndaşı bu problemin həllini birmənalı şəkildə Azərbaycanın xeyrinə həll etmək istəmir. O, münaqişəsinin həlli ilə bağlı öz üzərinə düşən funksiyalarından belə imtina etdiyini ortaya qoyur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə