Əli Kərimli – “canlanan” ölü ruh ANALITIK

Və ya AXCP-nin sədri erməni pulları üçün qəribsəyib

AXCP sədri Əli Kərimlinin son zamanlar fəallaşmaq cəhdləri onun daxilindəki anti-milli simasını növbəti dəfə və daha çox açığa çıxarmağa başladıb. Ümumiyyətlə, ölkədə hər hansı bir mühüm beynəlxalq tədbirər ərəfəsində “canlanan” bu ölü ruhun dərhal öz ətrafında süni ajiotaj yaratmaq cəhdləri əslində Kərimlinin yeni maliyyə imkanları əldə etmək marağını da təsdiq edir. Bu təkliflər isə ona “yuxarıdan” və uzaqlardan – qoca qitədən gəlir. Həmin qoca qitədən ki, orada erməni lobbisi formalaşıb və böyük pullar hesabına müəyyən bəlli dairələr ələ alınaraq, Azərbaycan dövlətinin əldə etdiyi hər bir uğura qarşı planlar cızılır.

Əli Kərimlinin şeytanla əməkdaşlıq etməsi faktı ortadadır

Əlbəttə ki, burada nökərçilik vəzifəsini həyata keçirən əsas fərd haqqında bəhs etdiyimiz Ə.Kərimlidir. Keçirdiyi mitinqlərində heç nə əldə edə bilməyən, dəstəkdən məhrum qalan AXCP sədri bütün gücünü saxta profillərdəki trollarına hesablanmış sosial şəbəkələrə yönəldib və ölkənin, xalqın maraqlarını təmin edən dövlətçilik siyasətinə qarşı mənfur şeytançılıq siyasətini davam etdirir. Əbəs deyil ki, Ə.Kərimli hələ illər öncə hakimiyyətə yiyələnməsi üçün şeytanla əməkdaşlığa hazır olduğunu etiraf etmişdi. İndi, həmin məsələ ortadadır – Bakıda dünya səviyyəsində ən mötəbər idman hadisəsi - Formula 1 yarışı keçirilir və birdən Ə.Kərimlinin “yadına düşür” ki, ötən ildə olduğu kimi, bu məsələni yenidən qabardıb, kirli erməni pulları qazansın. Sonra da həmin pulların bir hissəsini anti-Azərbaycan xarakterli fəaliyyətinə, digər hissəsini isə oğlu Türkel Kərimlinin Londondakı seks-partilərinə xərcləsin. Biz hələ onun ərköyün gül balasının digər əməllərini yazmırıq, lakin yazsaq belə, zatən ictimai rəyin böyük əksəriyyəti həmin əməllərdən xəbərdardır.

Əli Kərimli “çevir-tatı, vur tatı” siyasəti ilə sözün həqiqi mənasında xalqın zəhləsini aparıb

Ona görə də, özü və ətrafı barədə faktlardan xəbərdar olan Ə.Kərimli gah “Facebook”, gah Youtibe”, gah da digər sosial şəbəkələr vasitəsilə canlı yayımlara çıxmaqla məlum əməlləri ört-basdır etməyə, bunun üçün trollarını ortaya atıb söyüşlər, təhqirlər yağdırmaqla məşğul olur. Həmin vasitə ilə dövlət rəsmilərinin məntiqli, dolğun və gerçəklərə əsaslanan sözlərini ictimai rəydən yayındırmağa cəhdlər edirlər. Amma bu cəhdlər nəticəsiz qalır, qaldıqca isə qarşı tərəf daha da aqressivləşir.

Qeyd edək ki, biz belə halların yalnız Formula-1 yarışlarında deyil, hələ “Eurovision” mahnı müsabiqəsindən baş verdiyini görmüşük. O cümlədən, I Avropa Oyunları, İslamiada və s. mötəbər beynəlxalq tədbirlərdə Ə.Kərimli “çevir-tatı, vur tatı” siyasəti ilə sözün həqiqi mənasında xalqın zəhləsini aparıb. Xalq isə onun bu oyunbazlıqlarından bezib və bezməyə də əsasları var əlbəttə ki...

AXCP sədri özünü qoca qitədən gələn əmrlərə fəda edir – erməni pulu onun üçün bu qədər şirin və həzmi-rabeədən keçərlidir!

Bu zaman növbəti suallar yaranır: Misal üçün, Ə.Kərimli bilmirmi ki, belə böyük tədbirlər Azərbaycana nə qədər vəsaitlər verir, yaxud anlamırmı ki, Azərbaycan dövləti yalnız iqtisadiyyatı ilə deyil, həm də nüfuzu ilə xalqın sosial-rifah halının daha da yaxşılaşdırması üçün müxtəlif nəhəng layihələri reallaşdırır, və ya dərk etmirmi ki, aparılan çoxşaxəli siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsində belə tədbirlərin əhəmiyyəti nə qədər böyükdür, düşünmürmü ki, son vaxtlar ardıcıl siyasət nəticəsində xalqın problemli kreditlərinin həll olunmasından başlayaraq, şəhid ailələrinə verilən birdəfəlik yardımlara, aztəminatlı ailələrin müavinətlərinin artımından tutmuş, əmək pensiyalarının və maaşların yüksəldilməsinə, vaxtaşırı olaraq, Qarabağ qazilərinə, əlillərə verilən mənzillərə qədər - hər şey məhz dövlətin yürütdüyü siyasətin məntiqi nəticəsidir...???

AXCP sədri bütün bunları yaxşı bilir və dərk edir. Hətta daha dərindən dərk edir! Sadəcə, ona Azərbaycanın yüksəlişi, xalqın həyat və yaşam səviyyəsinin dinamik qaydada artması, dövlətimizin dünya arenasında qüdrətinin yüksəlməsi, ordumuzun dünyanın 50 ən güclü silahlı qüvvələri sırasında yer alması və digər faktorlar ona sərf etmir. Bu uğurlar onun cibinə axan erməni pullarının qarşısına baryerdir, səddir. Ona görə də özünü necə deyərlər, qoca qitədən gələn əmrlərə fəda edir – erməni pulu onun üçün bu qədər şirin və həzmi-rabeədən keçərlidir!

Qaçsınlar AXCP sədrinin qucağına və onunla birgə siyasi ölümə aparan əyri-üyrü yolda məhvə düçar olsunlar

Və bu həmin Ə.Kərimlidir ki, çıxışlarının birində AXCP-nin “siyasi mübarizəsini” terrorçu “Taliban” qruplaşması ilə eyniləşdirmişdi. Belə “siyasi təfəkkürlüdən” ayrı nəyi isə gözləməyə dəyməz. Bu baxımdan, Azərbaycanın dinamik və sürətli inkişaf trayektoriyasını böyütməsi belələrinin daha da kiçilməsinə, hətta mikroskopla seçilən zərrəcikdən belə kiçilməsinə səbəb olur. Əgər kimlərsə həmin zərrəciklərlə dönmək istəyirlərsə, buyursunlar - ölkədə azad siyasi baxış, seçim və mühit mövcuddur, qaçsınlar AXCP sədrinin qucağına və onunla birgə siyasi ölümə aparan əyri-üyrü yolda məhvə düçar olsunlar. Yox, bunu istəmirlərsə, onda xilaslarını dövlətçilik maraqlarının daxili və xarici düşmənlərdən qorunmasında axtarsınlar, daha hər tədbirdən-tədbirə “canlanan” və cəmiyyətdə ölü ruh təsirini bağışlayan Ə.Kərimli adlı pafosçunun yanında deyil...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə