"Dünyanın heç bir ölkəsi satqın və xəyanətkarı müdafiə etmir" AÇIQLAMA-ÖZƏL

“Çox təəssüf ki, Azərbaycanın bugünkü inkişafını istəməyən həm daxili, həm də xarici qüvvələr mövcuddur. Hələ də ölkəmizdə 1991-1993-cü illərdə hakimiyyətdə olan bir qrup naşı insanların tör-töküntüləri qalmaqdadır. Bunlara isə ölkəmizin sürəti inkişafı sərf etmədikləri üçün həmişə görülən uğurlu işləri görmürlər, görmək istəmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, ölkə daxilində anti-Azərbaycan fəaliyyəti ilə məşğul olanlar görülən işlərin əksini xaricdə yaşayan havadarlarına ötürürlər.

Onun sözlərinə görə, daxildə olan bu cür ünsürləri xaricdə xüsusilə Avropada ermənipərəst qüvvələr dəstək verir: “Ölkəmizi aşağılamaq üçün müxtəlif sərsəm bəyanatlar verirlər. Son vaxtlar Avropaya gedərək sığınan bir qrup ermənipərəstlər sosial şəbəkələrdə “söyüş” kompaniyası həyata keçirməklə ölkəmiz əleyhinə tədbirlər həyata keçirirlər. Onlar özləri də yaxşı bilir ki, dünyanın heç bir ölkəsi satqın, xəyanətkarı axıra qədər müdafiə etmir. Bir müddət onlardan istifadə edirlər sonra isə onlar zibil qutularına atılırlar”.

E. Səlimov vurğulayıb ki, bu gün ölkəmiz dünyanın sabit, stabil ölkəsi olaraq Prezidentimizin uğurlu siyasəti nəticəsində daha da inkişaf edir: “Bir sıra beynəlxalq təşkilatların hesabatlarında inkişaf səviyyəsinə görə qabaqcıl sıralarda öz yerini möhkəmləndirir ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə