"Anti-Azərbaycan qüvvələr xalqı çaşdırmağa çalışırlar"

“Azərbaycan bir sıra beynəlxalq təşilatlarla əməkdaşlıq edir. Azərbaycan-Avropa İttifaqı sazişinə imza atılmamış bu məsələyə kölgə salmaq istəyən qüvvələr ortaya çıxır”. Bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Sazişlə bağlı bəzilərinin tənqidi bəyanatlarla çıxış etdiyini deyən deputat söyləyib ki, həmin qüvvələr tərəfindən indiyədək Dağlıq Qarabağla bağlı bir kəlmə belə eşidilməyib: “Anti-Azərbaycan qüvvələr başqa-başqa fikirlər ortaya ataraq, xaricdə və daxildə ölkəmizə qarşı çalışan qüvvələr müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar. Azərbaycanda gedən islahatlar həmin qüvvələri narahat edir. Onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışırlar. Hətta öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla bunu da dövlətin üzərinə atmağa çalışırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə