"Çalışmalıyıq ki, ermənilərin törətdiyi Xocalı soyqırımı bütün dünyada tanınsın" ÖZƏL-MÖVQE

“Tarixin hər bir dönəmində ermənilər törətdikləri əməlləri ilə, xainlikləri ilə bir terrorçu obrazını formalaşdırmışdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, onlar öz cinayətkar obrazını gizlətmək və özlərini yazıq erməni xalqı kimi təqdim etməklə daha çox dünya ictimaiyyətin diqqətini özlərinə cəlb etmək məqsədilə mütəmadi olaraq qondarma "soyqırımı" məsələsini ortaya atırlar: “Həm də ara sıra təzminat məsələləri də səsləndirirlər, qondarma soyqırımın ildönümü ilə bağlı tədbirlər keçirirlər. Bu istiqmətdə erməni lobbisi tarixən öz siyasətini aparıb. Yəni burada əsas məqsəd isə azərbaycanlılara qarşı törədilən soyqırımları dünya ictimaiyyətin diqqətindən yayındırmaqdan ibarətdir. Artıq dünya da yaxşı bilir ki, kim cinayətkardır, kim soyqırıma məruz qalan xalqdır. Biz də bu məsələdə arxayın oturmamalıyıq. Mütəmadi olaraq bəşər tarixinin ən son soyqırımları olan, ermənilər tərəfindən törədilən Xocalı soyqırımını bu ərəfədə daha da geniş təbliğ etməliyik. Çalışmalıyıq ki, ermənilər beynəlxalq siyasi arenalarda tamamilə uduzub bir cinayətkar xalq kimi məhv olsun və dünyadan heç bir dəstək ala bilməsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə