Sirkə nə qədər tünd olsa... TƏHLİL

Bəlkə yalandır, ay özlərini "müxalifətçi" adlandıran mənəviyyatsızlar. Belə yazırıq, deyirlər ki, "Səs" qəzeti təhqir edir. Düz söz deyirik, deyirlər ki, bunu qəbul etmirik, bizim öz "yolumuz" var. Soruşmaq istərdik, o yol hansı yoldur? Bu torpağın çörəyini yeyə-yeyə, suyunu içə-içə, həyasızcasına Azərbaycanın güclənməsini istəməyən, onun uğurlarını həzm edə bilməyən və ölkəmizə qarşı "qara piar" kampaniyası aparmaqla yanaşı, yeni məkrli planlar hazırlayıb, onları reallaşdırmaq üçün min bir oyundan çıxmaq? Onlar bu məqsədlə özünü "demokratik qüvvələr" adlandıran bir qrup marginal dəstədən-AXCP sədri Əli Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli kimi adını azərbaycanlı qoyan məxluqlardan və onların tör-töküntülərindən məharətlə istifadə edirlər.

Dəfələrlə sübut olunub ki, anti-Azərbaycan dairələr və ermənipərəst qüvvələrlə əlbir olan həmin xəyanətkar antimilli şəbəkənin üzvləri ya bəzi xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, ya da məkrli fondlar vasitəsilə öz ağalarından aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu dəstənin baş koordinatoru AXCP sədri Əli Kərimlidir. O, Ə.Kərimlidir ki, "siyasi məhbus" alveri ilə məşğul olmaqla cəbhədaşlarını ayının min oyunu bir armuda görə olduğu kimi, bu satqın da bütün mənəviyyatını xarici qrantlara satmağa adət etmiş zəhərli ilandır. Bu o Ə.Kərimlidir ki, heç bir sosial bazası olmayan səbatsız "liderdir".

Əslində, heç kimə sirr deyil ki, Ə.Kərimli, C.Həsənli kimi lakeylər erməni lobbisinin təsiri altında olan bəzi təşkilatların çirkli pulları ilə qidalanaraq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna kölgə salmağı, qara yaxmağı öz fəaliyyətlərinin əsas prinsipinə çeviriblər. Cəmiyyətimiz antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir. Onların xaricdəki ağalarının beş-üç qəpik tulapayına şirniklənərək hansı çirkin oyunlardan çıxdıqlarına da yaxşı bələddir. Öz çirkin fəaliyyətlərini davam etdirən bu antimilli mikroblar ölkəmizin əleyhinə təbliğat aparmaqla

xaricdəki ermənipərəst "ağalarının" sifarişlərini yerinə yetirmək üçün yeni metodlardan istifadə etməyə başlayıblar. Bu xəyanətkarlar öz çirkin əməlləri, məkrli planları ilə bir daha göstərdilər ki, onların əsas məqsədləri ermənipərəst dairələrin və anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirərək qrant qazanmaqdır. Ancaq hansı oyundan çıxırsınızsa- çıxın, sonu yoxdur. Necə deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladır.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə