"Putinin Zelenski ilə əməkdaşlığından danışmaq tezdir" Dmitri Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir. SİA-nın verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyindən danışmaq tezdir. D.Peskovun sözlərinə görə, Rusiya dövlət başçısının yeni seçilmiş Prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi sonuncunun konkret işlərindən və konkret addımlarından asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə