YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SİA xəbər verir ki, sonra YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə həsr olunan fotoslayd təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb: "Azərbaycan dövlətçiliyinin müasir tarixinə adını əbədi həkk edən Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər milli tərəqqi, oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi yazılıb. Bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru iri addımlarla inamla irəliləyir".

Konfransda YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədr əvəzi Söhrab Həşimov hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında gənclərin uğurlarından danışıb.

Konfransda hesabat ətrafında çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinini departament direktorunun müavini Salman Salmanov, Azərbaycan Tibb Universitetinin prorektoru Orxan İsayev, Azərbaycan Dillər Universitetinin gənclər birliyin sədri Rəna Süleymanlı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gənclər birliyinin sədr müavini Elman İntiqam və başqaları dövlət-gənclər siyasətindən söz açaraq, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar.

YAP Gənlər Birliyinin sədri Seymur Orucov çıxış edərək, müasir dövrümüzdə dövlət-gənclər siyasətinin ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşadığını bildirərək, Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərdiyini, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfələrini verdiklərini diqqətə çatdırıb.

Konfransda təşkilati məsələlərə baxılıb. YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin şurasına 35, idarə heyətinə isə 17 nəfərdən ibarət üzv, Salman Salmanov təşkilatın gənclər birliyinin sədri seçilib. Eyni zamanda sədrin müavinləri də seçiliblər.

Konfransda YAP Gənclər Birliyinin Ümumrespublika Hesabat-Seçki Konfransına nümayəndələr də seçilib.

Konfransda YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin respublikamızın hərtərəfli və sürətli inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və innovativ islahatlardan danışıb.

Millət vəkili Şahin İsmayılov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə diqqət yetirərək, həyata keçirilən dövlət-gənclər siyasətinə nəzər salıb.

"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxışında ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında gənclərin uğurlarından danışıb. Bu gün ölkəmizdə gənclərlə bağlı kifayət qədər normativ sənədlərin mövcud olduğunu bildirib: "Məlum dövlət proqramları, həyata keçirilən layihələr gənclərin fəallığına stimul verir. Cənab Prezidentin gənclərlə görüşü və gənclərin qarşısında konkret vəzifələr qoyması Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu bir daha təsdiqləyir".

Daha sonra Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Ziyafət Əsgərov çıxış edib. O bildirib ki, Azərbaycanın getdiyi yol alternativsiz yoldur. Bu, Heydər Əliyev yoludur. Müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildən 1993-cü ilədək ölkəmizdə dövlət quruculuğu sahəsində heç bir addım atılmadı. Məhz 1993-cü ildən - ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində işlər görülməyə başlandı. Ulu Öndər hər zaman deyirdi ki, dövləti qurmaq, bəyanat vermək asandır, ancaq onu qoruyub saxlamaq ondan çox-çox çətin və məsuliyyətlidir. Bax budur Heydər Əliyev fenomeni. Heydər Əliyev siyasi kursunun mənası odur ki, bu yol ancaq quruculuq yoludur, inkişaf yoludur. Hazırda bu yolu Ulu Öndərimizin layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün hər bir Azərbaycan gənci bilməlidir ki, müstəqil dövlətimizin qorunub saxlanılmasında kimdənsə kömək gözləməməliyik, köməyi ancaq özümüz özümüzə etməliyik. Gənclərin üzərinə düşən vəzifə, ilk növbədə, bilikli, savadlı olmaq, ölkəmizin gələcəyi naminə çalışmaq, bu istiqamətdə fəallıq nümayiş etdirməkdir.

Azərbaycan kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir, güclü ölkə olduğunu nümayiş etdirir".

Konfransda YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransının qətnaməsi qəbul olunub.

Daha sonra YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı iştirakçıları adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə