Putin-Kim görüşünə hazırlıq yekunlaşmaqdadır

Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşlə bağlı hazırlıqlar final mərhələsindədir və görüş aprel ayının sonunda baş tutacaq. SİA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov açıqlayıb.

“Hazırda dəqiq tarixi açıqlamayacam, amma görüş aprelin sonuna qədər baş tutacaq ”,- deyə Peskov görüşün tarixi ilə bağlı sualı cavablandırarkən deyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə