Zelenski Azərbaycanda “Vandamın” kəndini ziyarət edib? FOTOLAR

Məlum olub ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda qalib olmuş Vladimir Zelenski dəfələrlə Azərbaycanda olub. SİA-nın əldə etdiyi məlumata görə, 2017-ci ilin yayında o məzuniyyətini ölkəmizdə keçirib və Qəbələ rayonunu da ziyarət edib. Həmin vaxt Zelenski İnstaqram səhifəsində zarafat şəklində yazıb ki, Azərbaycanda “Vandamın kəndini tapıb”. Belə ki, o həmin vaxt Qəbələnin məşhur Vəndam kəndinin girişindəki yazılı lövhənin altında zarafatına uyğun olaraq, Jan Klod Vandamın döyüş duruşunu poz verərək, fotoşəkil çəkdirib.

“Mən, dostlarımla Vandamın kəndində oldum, düşünürəm ki, o bundan məlumatsızdır, bax bu əsl danışıqlardır!!!”, deyə aktyor Zelenski fotoşəklinin altında rəy yazıb.

O cümlədən, ötən ay Zelenski “Gülüş Liqası” verlişi zamanıı Azərbaycan dilində tanınmış milli istehsalımız olan çay çeşidinin (reklam məqsədli olduğu üçün şirkətin adını yazmırıq-R.) reklamını edib.

Qeyd edək ki, Ukraynanın yeni seçilmiş prezidenti paytaxt Bakıda və digər bölgələrimizdə də olub və fotolarını paylaşıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...