"Rusiyanın Ermənistanı diz üstünə çökdürmək imkanları çoxdur" ÖZƏL-RƏY

“Ümumiyyətlə, Ermənista baş naziri Nikol Paşinyan ikili oyun oynayır. Paşinyan həm Rusiyanın könlünü alır, həm də Avropa Birliyi ilə yaxınlaşma siyasəti yeridir. Ona görə də Rusiya tərəfi ilə keçirilən hər görüş onu başa salmağa hesablanıb”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Politoloqun sözlərinə görə, Paşinyan heç bir problem həll edə bilmir: “İşğalçı ölkədə hökm sürən iqtisadi çətinliklər Ermənistanı uçuruma aparır. Ona görə də Rusiyanın Ermənistanı diz üstünə çökdürmək imkanları çoxdur nəinki qərb ölkəsini. Bu baxımdan mayın 29-da Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilməsi planlaşdırılan görüş Rusiya hegemonluğunun bir daha sübutu ola bilər. Düşünürəm ki, Rusiya danışıqlardan Ermənistana bir təzyiq vasitəsi kimi istifadə edə bilər. Xatırlayırsınızsa, hətta Rusiya Baş Qərargahının rəhbəri də bildmişdir ki, “Ermənistanla Rusiya arasında müdafiə sahəsindəki müqavilələr Dağlıq Qarabağa aid deyil ancaq Ermənistan ərazisinə aiddir”. Yəni bu cür bəyanatlar onu göstərir ki, Rusiya bu danışıqları öz məqsədi üçün istifadə edib. Bunlar çalışırlar ki, danışıqların vaxtını bir qədər uzatmaqla öz istədiklərini regionda həyata keçirsinlər. Təbii ki, Azərbaycan da bunu bilir və iqtisadiyyatımızın, ordumuzun güclənməsi onların siyasətində müəyyən dəyişiklik edə bilər. Bu gün regionda böyük dövlətlər bizimlə hesablaşır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə