Şimali Makedoniyada səsvermə başlayıb

Şimali Makedoniya Respublikasında prezident seçkilərində səsvermə başlayıb. SİA-nın məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi fəaliyyətə başlayıb. Seçkilərdə səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq. Respublikada səsvermə hüququndan 1,8 milyon vətəndaş istifadə edə biləcək. Qeyd edək ki, səsvermənin ilkin nəticələri səsvermə bitdikdən sonra, yekun nəticələri isə aprelin 22-si bilinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə