“Sarı jilet”lilərin etirazı başlandı

“Sarı jilet”lilərin Parisdə İqtisadiyyat Nazirliyinin yanında etiraz aksiyası başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq etirazçılar 23 həftədir ki, küçələrə axışırlar.

Bu gün Fransanın paytaxtında bir neçə aksiyanın təşkili planlaşdırılır. Aksiya Fransa vaxtı ilə 10:30-a nəzərdə tutulsa da, nümayişə 1 saat qalmış artıq 200 nəfərdən çox insan aksiya yerinə toplaşmışdı. Daha çox insan isə aksiya başlanan an məkana gəlib. Nümayişçilər Fransa bayraqları tutaraq müxtəlif şüarlar səsləndirir, mahnı oxuyurlar.

İştirakçılardan biri isə “Notr Dam üçün milyonlar, bəs yazıq insanlar?” yazılı plakatla etirazını bildirir.

.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...