Trampı dəstəkləyənlər sayı minimuma enib

ABŞ-ın xüsusi prokuror Robert Müllerin hazırladığı hesabatın dərc olunmasından sonra Amerika lideri Donal Trampın dəstəkləyənlərin sayı azalıb. SİA- bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, bu nəticəyə insanlar arasında aparılan sorğu nəticəsində gəlinib. Agentliyin məlumatına görə, son sorğu zamanı böyüklər arasında Trampı dəstəkləyənlərin sayı 37 faiz təşkil edib. Bundan əvvəlki sorğuda bu rəqəm 40 faiz idi.

Gəlinən qənaətə görə, xüsusi prokurorunun 4 səhifəlik hesabatı Trampın dəstəyinin azalmasına səbəb olub. Agentlik bununla prezidenti dəstəkləyənlərin ən minimum həddə çatdığı açıqlayıb.

Qeyd edək ki, sorğu 1005 ABŞ vətəndaşları arasında aparılıb, onlardan 924 nəfəri sözügedən hesabatla tanış olduqlarını bildiriblər.

“Reuters” qeyd edir ki, sorğu iştirakçılarının yarısından çoxu Tramp və ya onun seçki kampaniyasını aparanlardan birinin Rusiya ilə əməkdaşlıq edərək 2016-cı ildə keçirilən seçkilərə təsir etdiyinə inanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə