"Zelenski kimi artistin konkret proqramı yoxdur" ÖZƏL-MÖVQE

“Ukraynada prezidentliyə namizədlər arasında stadionda keçirilən debatın nəticəsini belə qiymətləndirirəm: Petro Poroşenko qələbə çala bilmədi, Vladimir Zelenski məğlub olmadı”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Halbuki, ilk əvvəldən debat təklifi Poroşenkodan gəlmişdi. Hazırki prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Alınmadı. Ona görə alınmadı ki, Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu. Ancaq Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilmədi. Çünki artistin konkret proqramı yoxdur. Ona görə də Zelenski debatın ən yadda qalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: "Cənab Poroşenko mən siyasətçi deyiləm, mən Sizin səhvlərinizin nəticəsiyəm". Beləliklə, sabah seçkidir. Poroşenkonun "səhvlərinin nəticəsi" prezident olmağa yaxındır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...