Radikallar Azərbaycan-Aİ sazişinə qarşı ermənilərlə eyni mövqeni bölüşür ANALİTİK

İşğalçı Ermənistanla yanaşı, dağıdıcı müxalifət liderləri də bundan möhkəm təlaşlanmağa başlayıblar

Dağıdıcı və dövlətçilik maraqlarına xəyanət edən müxalifətin bu və ya digər məsələlərdə, daha dəqiq desək, Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlu siyasəti nəticəsində təlaş və narahatlıq keçirməsi işğalçı Ermənistanın düşmənçilik mövqeyi ilə üst-üstə düşür. Bu isə, söz yox ki, radikalların beşinci kolon qismindəki fəaliyyətlərinə erməni lobbisinin dəstəyi ilə gerçəkləşdirilir. Daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyevin əldə etdiyi siyasi-iqtisadi nailiyyətləri, xalın sosial-rifah halının daha da yaxşılaşdırılması üçün yürütdüyü uğurlu siyasəti düşmən erməniləri narahat etdiyi qədər, xalqımızın və dövlətimizin əleyhinə açıq-aydın şəkildə fəaliyyət göstərən radikal müxalifət liderlərini də narahat etməkdədir. Ümumiyyətlə, bu gün ölkəmizin istər qonşuluq siyasətində, istər müxtəlif beynəlxalq layihələr kontekstində aparıcı mövqeyə sahib olması baxımından daim öndə olması aparılan sosial islahatların reallaşdırması ilə nəticəsini tapıb ki, bundan həm dövlətimiz, həm də xalqımız maksimum olaraq bəhrələnməkdədir.

Azərbaycanın inkişaf və tərəqqisi, eləcə də demokratikliyinə qarşı çıxış edən müxtəlif qərəzli təşkilatlar erməni lobbisinin dəstəyi ilə radikal müxalifəti təlimatlandırır, bu vasitə ilə ölkəmizə qarşı təhdid, təzyiq dili ilə danışmağa cəhdlər göstərirlər

Qeyd edək ki, Azərbaycan Prezidentinin daxili və xarici siyasəti nəticəsində ölkəmiz beynəlxalq strukturlarda da öz mövqeyini gücləndirməkdədir. Misal üçün, Azərbyacan bu ildən etibarən, 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də saziş layihəsi bu münasibətlərin qarşıdakı illərdə daha da inkişafına nail olmasına kifayət qədər şərait yaradır. Çünki Avropa İttifaqı ilə saziş layihəsində Qarabağ torpaqlarımızın 20 faizinin Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal olunması faktı yer almaqdadır. Əgər ermənilər bu layihədən təlaş keçirirlərsə, demək ki, onlar qədər narahat olan radikal müxalifət liderləri də eyni təlaşı düşmən qüvvələrlə bölüşürlər. Çünki illərdir ki, Azərbaycanın inkişaf və tərəqqisi, eləcə də demokratikliyinə qarşı çıxış edən müxtəlif qərəzli təşkilatlar erməni lobbisinin dəstəyi ilə radikal müxalifəti təlimatlandırır, bu vasitə ilə ölkəmizə qarşı təhdid, təzyiq dili ilə danışmağa cəhdlər göstərirlər. Ancaq bu cəhdlərin heç biri reallaşmır və puç olur. Ona görə də bu gün Azərbaycanın uğurlarına qarşı yalnız ermənilər deyil, eyni zamanda onlarla iş birliyində olan qərəzli təşkilatlar, həmçinin bu qərəzli təşkilatlar vasitəsi ilə qrantlar qazanıb, dövlət maraqları əleyhinə çıxış edən dağıdıcı müxalifət ünsürləri fəaliyyət göstərirlər. O cümlədən, həm də belə qənaətə gəlmək olar ki, müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər müstəqil xarici siyasət aparmağın, ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər. Onlar idarə və istifadə olunur, ipli kuklalar kimi, əldən-ələ gəzirlər.

Ermənistanı narahat edən əsas məqam sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasıdır

Bəs Azərbaycanla Avropa İttifaqı arasındakı saziş layihəsi hansı üstünlükləri vəd edir? Bu mənada qeyd etmək mümkündür ki, Azərbaycan-Aİ münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan Aİ-nin təqdim etdiyi sənədi olduğu kimi qəbul etmir, əksinə Azərbaycanın təqdim etdiyi sənəd üzərində, hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Azərbaycan statistik göstərici mahiyyətində sənəd imzalamaq üçün deyil, öz maraqlarına uyğun şəkildə mötəbər bir sazişə nail olmaq məqsədilə müzakirələr aparır. Məsələn, Cənubi Koreya ilə Aİ arasında saziş bir neçə il davam etmişdi.

Digər tərəfdən, diplomatik etika onu tələb edir ki, üzərində danışıqlar aparılan sənəd işçi səviyyədə olduğu halda, onun barəsində geniş ictimaiyyətə məlumat verilmir və müvafiq sənəd yekunlaşıb paraflanma səviyyəsinə çatdıqda onun barəsində məlumatın verilməsi həyata keçirilir.

Xüsusilə, Ermənistanı narahat edən əsas məqam sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasıdır. Belə bir mövqenin sənəddə təsbit olunması tam təbiidir. Bunu dərk etmək üçün Avropa İttifaqının sənədlərinə baxmaq kifayətdir. Belə ki, 2017-ci il tarixli Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suvereneliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer almışdı. Bu mövqe daha sonra, 2018-ci ildə Aİ ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri" sənədində də təkrarlandı: sözügedən sənəddə qeyd olunur ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəkdir.

Belə xəyanətkar və satqınları Azərbaycan dövlətini, onun rəhbərliyini dəstəkləyən nəhəng xalq ordusu rədd edir!

Nəyahətdə isə, Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D.Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini olan "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair" qətnamə tərəfdaşların suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları - məcburi köçkünlər və münaqişələrdən qaynaqlanan qaçqınlara yardımların gücləndirilməsinin vacibliyini vurğulayır.

Hal-hazırda da Azərbaycan ilə Aİ arasında müzakirə edilən sənəd məhz bu meyarlar əsasında aparılır ki, bu da ölkəmizin maraqlarını tam olaraq təmin edir.

Lakin daha bir amil Avropa İttifaqı Komissiyasının siyasətində ticarət sahəsinin mühüm əhəmiyyət kəsb etməsidir. Ticarət siyasətində məqsəd Avropa İttifaqı üzv dövlətlərinin şirkətləri üçün əlverişli şərtlərlə yeni bazarlar və imkanlar əldə etməkdir. Amma bu hələ preferensial əsasda Avropa bazarlarının Azərbaycan şirkətləri üçün açılması deyil. Azərbaycan bazarının, bu bazarda çalışan yüz minlərlə işçinin iş yerlərini kim qorumalıdır? Başqa bir nümunəni götürək. Fransa Şampan və ya Konyak kimi brendlərini qoruduğu halda coğrafi identifikasiya prinsipi ilə Azərbaycan niyə öz maraqlarını qorumamalıdır?

Məhz bu kimi məsələlər Azərbaycanın maraqlarının təminatı əsasında həyata keçirilməlidir ki, bu gün ölkəmizə qarşı çıxış edən xəyanətkar qüvvələr pul-paralarından bəhrələndikləri erməni lobbisi ilə birgə hər vəchlə bu uğurları kölgələməyə çalışırlar. Ancaq onların bu cəhdləri iflasa uğramaqdadır. Çünki belə xəyanətkar və satqınları Azərbaycan dövlətini, onun rəhbərliyini dəstəkləyən nəhəng xalq ordusu rədd edir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə