“YAP GB K-2019” adlı kartinq yarışı keçirilib YENİLƏNİB-VİDEO-FOTOLAR

Bu ilin aprelin 26-28-də Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənclər birlikləri arasında “YAP GB K-2019” adlı kartinq yarışı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq deyib ki, Monako və Sinqapur Qran-priləri kimi, biz də Bakıda ənənəvi şəhər yarışına yenidən ev sahibliyi edəcəyik: “Bakı Avropa Qran-prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya İrs Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr edəcək. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyadakı “Formula 1” fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər”.

Daha sonra YAP təşkilatlarının Gənclər Birlikləri arasında “YAP GB K-2019” adlı kartinq yarışının sonunda qaliblər müəyyənləşib. Birinci yeri-YAP Nərimanov rayon təşkilatı GB, ikinci yeri-YAP Səbail rayon təşkilatı GB, üçüncü yerləri isə YAP Nəsimi və Xəzər rayon təşkilatı GB-lar tutub. Qaliblər kubok və diplomlarla təltif ediliblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə