İlqar Orucov: “Əli Kərimli dövlətə və milli maraqlara düşmən kəsilib” RƏY-ÖZƏL

“AXCP sədri Əli Kərimli və tərəfdarları dövlətə və milli maraqlara düşmən kəsilənlərdir”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, onlar gündəmdə qalmaq və öz varlıqlarını göstərmək üçün ən çirkin vasitə və üsullardan istifadə edirlər: “Əli Kərimli kimilər xırda məişət məsələlərini şişirdərək, bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Aydın məsələdir müxalifətin bu cür hərəkətləri onların köhnə peşəsidir. Cəmiyyətdə sosial dayaqları olmayan və bütövlükdə xarici qüvvələrdən maddi və mənəvi dəstək alan kərimlilər, hacılar göstərişləri yerinə yetirmək üçün dəridən, qabıqdan çıxırlar. Reallıqda müxalifət düşərgəsini təmsil edən şəxslərin anormal hərəkətlərinin heç bir əsası yoxdur. Qətiyyətlə, müxalifətin xırda məişət məsələndən öz maraqları üçün istifadə etməsini və siyasi şou yaratmağa cəhd etməsini pisləyirik. Siyasi mübarizə bu formada olmur. Bu kimi vasitələrlə siyasi gündəmdə qalmaq zəifliyin və qorxaqlığın əlamətidir. Onlar heç zaman xalqın dəstəyini qazana bilməyəcəklər. Çünki, xalq onlar satqın və xəyanətkar kimi tanıyır. Bu baxımdan da, cəmiyyətdə heç bir sosial dayaqları olmayan müxalif ünsürlərin yaxın vaxtlarda siyasətdən birdəfəlik gedəcəkləri şübhəsizdir. Xalqdan dəstəyi olmayan istənilən qüvvənin sonu yoxdur”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə