Anar Xəlilov: “Müxalifət ucuz metodlardan istifadə edir ” RƏY-ÖZƏL

“Azərbaycanın çox gözəl xalq məsəli var deyir suda boğulan saman çöpündən də yapışar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən şəxslər artıq siyasətdə heç bir uğur qazanmadıqlarını gördüklərindən anormal vasitələrə əl atırlar: “Bu da ümumiyyətlə, siyasət aləmində qəbul olunmayan metodlardır. Yəni bunlar ucuz variantlardır. Belə hallarla biz şou biznesdə rast gəlirik. Müxalifət siyasətdən kənar vasitələrlə ucuz xırda şou yaratmaqla gündəmdə qalmaq istəyirlər. Bu baxımdan onlara siyasətçi deyil, şoumənlər deyərdim. Artıq bunların bütün siyasi fəaliyyətləri bitib, yəni artıq bunların limitləri dolub. Müxalifət düşərgəsini təmsil edən şəxsləri xalq qəbul etmir. Çünki xalq artıq bunların satqın və xəyanətkar olduqlarını görür və bu barədə kifayət qədər məlumata malikdirlər. Bu gün Azərbaycan siyasət meydanında olan bir çox radikal müxalifətçilər siyasətdən kənar, etik qaydalarına uyğun olmayan işlərlə məşğuldurlar, bunlar isə qəbul edilməzdir”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə